Naxçıvana zərbə Təbrizdə həyəcan yaratdıbackend

Naxçıvana zərbə Təbrizdə həyəcan yaratdı

Dünən axşamdan başlayaraq Təbriz şəhərinin müxtəlif bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilib, mərkəzi küçələr və meydanlarda yeni postlar qurulub, şəxsi avtomobillərin sürücülərinin sənədləri yoxlanılır.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, xüsusən şəhərin mərkəzi küçələri və qərb bölgəsinə çoxsaylı hökumət məmuru və texnika cəlb olunub.

Buna dünən İranın Naxçıvana dron hücumunun səbəb olduğu bildirilir.

Qeyd olunub ki, İran hökuməti təbrizlilərin rejimə qarşı aksiyalar keçirməsindən ehtiyat etdiyi üçün təhlükəsizlik tədbirlərini artırıb.

Artıq ikisi tanınmış media nümayəndəsi olmaqla, bir neçə mədəni və milli fəalın təhlükəsizlik idarəsinə çağırıldığı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*