Naxçıvanda bu şəxslərə güzəştlər tətbiq ediləcəkbackend

Naxçıvanda bu şəxslərə güzəştlər tətbiq ediləcək

“İşsizlikdən sığorta fondu tərəfindən işsiz vətəndaşların işə qəbul edilməsi üçün bir sıra güzəştlər tətbiq ediləcək”.

KONKRET.az xəbər verir ki, bunu Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasında muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib.

Nazir bildirib ki, işsiz vətəndaşlar işə qəbul edilərkən 1 il ərzində əməkhaqqının 50 faizi fond tərəfindən ödəniləcək.

“Bu da sahibkarların daha çox işçi qəbul etməsinə dəstək olacaq. Bununla bağlı işəgötürənlərin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək”, – deyə C.Cəlilov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*