Naxçıvanda daha iki vəzifəli şəxs işdən çıxarıldıbackend

Naxçıvanda daha iki vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncamı ilə daha iki vəzifəli şəxs işdən azad olunub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad edilib.

İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*