Naxçıvanda icazə vəsiqəsini itirən 36 əcnəbi AŞKARLANDIbackend

Naxçıvanda icazə vəsiqəsini itirən 36 əcnəbi AŞKARLANDI

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mart ayında da davam etdirilib.

KONKRET.az xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 1204 müraciət daxil olub. Daxil olan müraciətlərdən 811-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 393 müraciət qeydə alınaraq icrası təmin olunub, müraciətlərdən 104-ü elektron poçt üzərindən qəbul edilib, o cümlədən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri reallaşdırılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*