Nazarbayev Qazaxıstanın paytaxtındadır.
KONKRET.az xəbər verir ki, bu barədə Nazarbayevin Mətbuat xidməti məlumat yayıb
“Nazarbayev Tokayevlə birbaşa təmasdadır, bir sıra məşvərət görüşləri keçirir, bir sıra dost dövlətlərin başçıları ilə telefon əlaqəsi saxlayır”, – Mətbuat xidməti xəbər verir.
Nazarbayev hazırkı çətinliklərin öhdəsindən gəlmək və ölkənin bütövlüyünü təmin etmək üçün hər kəsi Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır.
Nazarbayevin mətbuat xidməti şayiə yaymamağı xahiş edir
Qeyd edək ki, Nazarbayevin ölkədən qaçdığı iddia olunurdu.

Xuraman Etibarlı,
KONKRET.az
