Nazir məşhur DYP rəisini işdən ÇIXARDIbackend

Nazir məşhur DYP rəisini işdən ÇIXARDI

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb. 

KONKRET.az Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı.

O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*