Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.
KONKRET.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, Ukraynadakı vəziyyət “müharibə”yə çevrilib və biz Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyik.
Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.
