Nazirlər və deputatlar üz-üzə – Kim qazandı? – Maraqlı anlar (VİDEO)backend

Nazirlər və deputatlar üz-üzə - Kim qazandı? - Maraqlı anlar (VİDEO)

Bakı Tennis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri çərçivəsində yüksək rütbəli rəsmilərin iştirakı ilə maraqlı idman hadisəsi baş tutub. Turnirin final mərhələsində ölkənin idarəetmə strukturunda təmsil olunan “Hökumət” və “Parlament” komandaları yoldaşlıq görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, nazirlər və millət vəkillərinin yaşıl meydandakı dueli olduqca məhsuldar keçib. Hər iki tərəfin gərgin hücumları ilə yadda qalan matçın sonunda tablo 6:6 hesablı bərabərliyi göstərib.

Qeyd edək ki, “Hökumət” komandasının heyəti kifayət qədər nüfuzlu simalardan ibarət olub. Komandada DSX rəisi Elçin Quliyev, nazirlər Emin Əmrullayev və Fərid Qayıbov, komitə sədrləri Şahin Bağırov, Ramin Məmmədov, Fuad Muradov, həmçinin Vüqar Əhmədov, Fuad Nağıyev və Orxan Məmmədov kimi vəzifəli şəxslər top qovublar. “Parlament”in şərəfini isə Şahin İsmayılov başda olmaqla, Azər Əmiraslanov, Vüqar Bayramov və digər deputatlar qoruyublar.

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən bu turnir, müxtəlif dövlət qurumlarının təmsilçilərini idman ətrafında birləşdirməklə yanaşı, sağlam həyat tərzinin təbliğinə xidmət edir.

Natiq Səlim,
KONRKET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*