Nazirlik Naxçıvanda yoxlama apardı, çatışmazlıqlar aşkar edildibackend

Nazirlik Naxçıvanda yoxlama apardı, çatışmazlıqlar aşkar edildi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinq keçirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsi, Çeşməbasar və Güznüt kəndləri ərazisində keçirilən monitorinq zamanı ərazilərdə ətraf mühitin mövcud vəziyyəti, antropogen təsir imkanları öyrənilib, yaşıllıq sahələrində aqrotexniki qulluq işlərinin aparılması vəziyyəti qiymətləndirilib.

Mövcud sututarlarda, içməli və çay sularında ilkin analizlər aparılıb və su nümunələri götürülüb. Keçirilən monitorinqlər zamanı bəzi çatışmazlıqlar aşkar edilib. Bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməyə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*