Nazirlikdən 600 manatlıq ödənişlə bağlı açıqlamabackend

Nazirlikdən 600 manatlıq ödənişlə bağlı açıqlama

2026-cı ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödənilib.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 26 675 nəfər qız və 30 305 nəfər oğlan uşağının anadan olmasına görə həyata keçirilib.

Qeyd edək ki, məlumat operativ xarakter daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*