“Nə vaxtsa onlar (Ermənistan hakimiyyəti – red.) Zəngəzur, Şirak və digər rayonları da tərk edə bilərlər”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına söhbətində siyasi strateq Vigen Akopyan deyib. O, KTMT-dən çıxmaqla bağlı danışıqlara və Ermənistan hakimiyyətinin strukturdan narazılığına toxunub.
“Düşünürəm ki, bu söhbətlər ciddi deyil, xarici tərəfdaşlarla gündəm yaratmaq üçündür.
Bu narazılıqlar ən yaxşı halda ona gətirib çıxara bilər ki, heç bir hərbi-siyasi fəaliyyət həyata keçirə bilməyən bu struktur ən yaxşı halda hansısa siyasi funksiyaları yerinə yetirə bilər.
Yəni, KTMT birbaşa açıq şəkildə bildirir ki, ona hərbi etibar etmək lazım deyil. Ermənistan hakimiyyəti də bunu əvvəldən başa düşüb. Sadəcə olaraq, gündəmə gələ bilmək üçün KTMT-ni ümidsiz vəziyyətə salmağa çalışıblar.
Onlar indi KTMT-dən çıxmağı düşünürlər, bir gözəl gün Zəngəzur, Şirak və digər rayonlardan da imtina edə bilərlər”, – deyə siyasi strateq qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
