Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatdı – FAKTİKİ HAVAbackend

Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 14:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*