Neft qiymətləri kəskin yüksəldi – Səbəb ABŞ-İran qarşıdurmasıdırbackend

Neft qiymətləri kəskin yüksəldi - Səbəb ABŞ-İran qarşıdurmasıdır

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin yenidən kəskinləşməsi dünya neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.

KONKRET.az xəbər verir ki, Brent markalı neftin noyabr fyuçersləri son sutkada 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına çatıb. Bununla da Brent iyunun 11-dən bəri ən yüksək səviyyəsini yeniləyib. Marka ötən həftə ümumilikdə 15,9% dəyər qazanaraq aprel ayından bəri ən güclü həftəlik artımını qeydə alıb.

WTI markalı ABŞ xam neftinin qiyməti də yüksəlişini davam etdirib. Fyuçerslər 2,65% bahalaşaraq 84,68 ABŞ dollarına yüksəlib ki, bu da iyunun 12-dən bəri ən yüksək göstəricidir. WTI ötən həftə 15,5% bahalaşaraq martın əvvəlindən bəri ən güclü həftəlik nəticəsini göstərib.

Analitiklər qiymət artımını ABŞ və İran arasında qarşıdurmanın dərinləşməsi, eləcə də Hörmüz boğazında enerji daşımaları ilə bağlı risklərin artması ilə izah edirlər. Son günlər Vaşinqton və Tehran bir-birinin dəniz daşımalarına qarşı tədbirlər gördüklərini açıqlayıb. ABŞ İran limanlarına dəniz blokadası tətbiq etdiyini bildirərkən, İran Hörmüz boğazında hərəkət qaydalarını pozduğunu iddia etdiyi bəzi gəmilərə qarşı tədbirlər gördüyünü bəyan edib.

Ekspertlərin fikrincə, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında geosiyasi risklərin artması bazarda təkliflə bağlı narahatlıqları gücləndirib. Bu isə investorların neft alışını artırmasına və qiymətlərin yüksəlməsinə təkan verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*