Neft quyusunda meyiti tapılan şəxsin kimliyi bilindibackend

Neft quyusunda meyiti tapılan şəxsin kimliyi bilindi

Dünən Bakının Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, araşdırmalar nəticəsində ölən şəxsin 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev olduğu məlum olub. Onun ehtiyatsızlıq səbəbindən quyuya düşdüyü və oradan çıxa bilməyərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*