Nənənin diqqətsizliyi iki azyaşlı nəvəsinin zəhərlənməsinə səbəb oldubackend

Nənənin diqqətsizliyi iki azyaşlı nəvəsinin zəhərlənməsinə səbəb oldu

Nənənin diqqətsizliyi iki azyaşlı nəvəsinin sirkə turşusundan zəhərlənməsinə səbəb olub.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ucar rayonunun Bağban kəndində baş verib.

2021-ci il təvəllüdlü Səlimov Sübhan Röyal oğlu və 2020-ci il təvəllüdlü qardaşı Səlimov Hüseyn Röyal oğlu yaşadıqları evdə sirkə turşusunu su bilib içərək zəhərləniblər.

Xəstəxanaya çatdırılan azyaşlı qardaşların durumu görülən çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

Məlum olub ki, nənə ehtiyac üçün sirkə turşusunu stolun üstünə qoyub bayıra çıxarkən körpələr onu su bilərək başlarına çəkib.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*