Nensi Pelosi Nikol Paşinyanla görüşdübackend

Nensi Pelosi Nikol Paşinyanla görüşdü

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Baş nazir Nikol Paşinyanla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Spiker Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ABŞ-Ermənistan tərəfdaşlığı və digər prioritetləri, həmçinin demokratiya, regionda təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsi üzrə birgə öhdəliyimizi müzakirə etmək üçün Baş nazir Paşinyanla görüşüb”,- məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*