Nepalda rus alpinist həlak oldubackend

Nepalda rus alpinist həlak oldu

Everest zirvəsinə qalxmaq istəyən rus alpinist vəfat edib.

KONKRET.az-ın “Le Matin” saytına istinadən xəbərinə görə, bu barədə Nepal rəsmiləri məlumat verib.

Qeyd olunur ki, alpinist 6553 metr yüksəklikdəki düşərgədə adaptasiya dövründə ölüb. Onun meyiti əsas düşərgəyə endirilib. Hava şəraiti imkan verdikdə helikopterlə Katmanduya yola salınacaq. İlkin ehtimala görə, ölümə dağ xəstəliyi səbəb olub.

Xatırladaq ki, koronavirus pandemiyasına görə Nepal 2020-ci ildən dünyanın ən yüksək zirvəsinə dırmanmağı qadağan etmişdi. Bu mövsüm üçün 316 dırmanma lisenziyasının 16-nı ruslar əldə edib. Ümumilikdə bu il Everestə 600-dək alpinistin qalxması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*