Netanyahunun əməliyyatdan sonrakı vəziyyəti açıqlandıbackend

Netanyahunun əməliyyatdan sonrakı vəziyyəti açıqlandı

İsrailin Baş naziri Benyamin Netanyahunun əməliyyat keçirdikdən sonrakı vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisi məlumat yayıb.

“O, özünü çox yaxşı hiss edir və xəstəxanada gündəlik işlərini davam etdirir, məsləhətləşmələr və danışıqlar aparır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Netanyahu bu gün yırtıq əməliyyatı keçirib. Əməliyyat barədə detallar açıqlanmayıb.

Bu müddət ərzində Netanyahunu hökumət başçısı postunda müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin əvəzləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*