İsrail parlamenti Baş nazir Benyamin Netanyahunun etirazlara səbəb olan Ali Məhkəmənin icra hakimiyyətləri üzərində nəzarətini aradan qaldıran mübahisəli qanun layihəsini 2-ci və 3-cü oxunuşda təsdiqləyib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə qanun layihəsi ilə bağlı müzakirələr başa çatdıqdan sonra səsvermə keçirilib.
Müxalifət partiyalarından olan deputatlar qanun layihəsini boykot etmək üçün Baş Assambleyanı tərk edib.
