Nəvələri Mirzə Xəzərdən yazdıbackend

Nəvələri Mirzə Xəzərdən yazdı

1987-ci ildən Almaniyada yaşayan və ötən ayın 31-də vəfat edən Mirzə Xəzərin nəvələri babasından yazıb.

KONKRET.az xəbər verir ki, nəvələri Sevda, Müşviq, Sabrina 72 yaşında vəfat edən babalarının sevgidolu bir insan olduğunu bildiriblər:

“Başsağlığı verdiyiniz üçün təşəkkür edirik. Babamız çox pozitiv, yardımsevər və güclü bir insan idi. Həyatını bu dünyada həqiqələri axtarmağa, başqalarıyla paylaşmağa həsr etdi. Övladlarına çox çalışaraq bütün hədəflərə çata biləcəyini öyrətdi. Bizə digər insanlara yardım etməyi, yaxşı bir insan olmağı öyrətdi. Onunla birlikdə yaşadığımız anları, sevgidolu babamızın xatirələrini anırıq. Onun üçün çox darıxacağıq”. 

Qeyd edək ki, Mirzə Xəzər (Mikayılov Mirzə Kərim) 1947-ci ildə Göyçayda anadan olub. Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

Görkəmli jurnalist, publisist, naşir Bibliyanı, “Əli və Nino” romanı Azərbaycan dilinə tərcümə edib. O, 1990-cı il yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edib və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*