“Nikol dəlidir, amma onu ruhi xəstəxanaya aparmaq lazım deyi” – ETİRAZbackend

“Nikol dəlidir, amma onu ruhi xəstəxanaya aparmaq lazım deyi” - ETİRAZ

Ermənistan polisinin 21 sentyabr 2022-ci ildə Yerablurda həlak olan hərbçilərin valideynlərinə qarşı zorakılıq tətbiq etməsi ilə bağlı işə xitam verilib.

KONKRET.az xəbər verir ki, daha əvvəl zərərçəkmişlərin maraqlarını müdafiə edən vəkil Vaan Hovhannisyan məlumat vermişdi ki, 1 il 2 aydır davam edən cinayət prosesində polislərin əməllərində cinayət tərkibi olmadığı əsas gətirilərək işı xitam verilib.

Yerablurda baş verən insident zamanı müharibədə həlak olan Araik Baqdasaryanın anası Qohar Davtyan fiziki xəsarət alıb.

Qohar Davtyan deyib ki, Ermənistan demokratik deyil, diktator ölkə olduğu üçün işə xitam verilib.

“Anna Akopyan, ərin və fərari komanda üzvlərin xidmətdə olubmu? Onlar ordu haqqında nə bilirlər? Mən uşağımın qoruduğu torpağı istəyirəm”, – deyə həlak olmuş əsgər anası bildirib.

“Ölkəmizdə polisin vəhşiliyini görüb düzgün qərar verəcək ədalətli hakimlər yox idimi?”, – Qohar Davtyan bildirib.

Onun fikrincə, indiki hakimiyyətdən ədalət gözləməyə dəyməz.

“Bunlar tipik türklərdir, bəlkə də bir türk özünü bu insanlar qədər türk hiss etməz. Bizim işimizə gəlincə, düşünürəm ki, vəkilimiz bununla məşğul olacaq”.

O bildirib ki, “Nikol dəlidir, amma onu ruhi xəstəxanaya aparmaq lazım deyil, çünki oradakıları daha da dəli edəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*