backend

Nikol Gəncə terrorunu törədənə general rütbəsi verir

Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsi verilib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.

Bundan başqa Ermənistanın 2-ci korpusunun komandiri polkovnik Arayik Arutyunyan və 4-cü korpusun komandiri polkovnik Artak Budaqyana da general rütbələrinin veriləcəyi bildirilib.

Qeyd edək ki, Qasparyan Ermənistanın Qarabağdakı bütün əməliyyatlarını planlaşdıran şəxsdir.

Arutyunyan isə Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarıyla sərhəddəki 2-ci korpusuna nəzarət edir. Məhz onun komandanlığında korpusun bölmələri Azərbaycanın müxtəlif şəhərlərinə Ermənistanın Vardenis rayonundan raket zərbələri endirib, eləcə də Gəncə terrorunu törədib.

Budaqyan Ermənistanın Naxçıvanla sərhəddəki qoşunlarına rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*