Nikol Paşinyan Rusiyaya GEDƏCƏK – YENİLƏNİBbackend

Nikol Paşinyan Rusiyaya GEDƏCƏK - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq gedir.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

***

11:27
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, məlumatı TASS yayıb. Məlumata görə, səfər aprelin 9-da nəzərdə tutulub.

“Biz bu səfərə hazırlıq görürük. Səfərin yüksək səviyyədə və daha əhatəli, məhsuldar keçməsi üçün vacib olanların hamısını etmək lazımdır”, – Paşinyan hökumətin martın 10-da keçirilən iclasından sonra bildirib.

Qeyd edək ki, N.Paşinyan martın 9-da Fransaya işgüzar səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*