Nikol Paşinyanın keçmiş mühafizəçisi ölüb.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqori Ayrapetov dünyasını dəyişib.
Qriqori Ayrapetov uzun illər Ermənistanın hər üç prezidentinin təhlükəsizlik xidmətində, daha bir neçə ay Paşinyanla birgə çalışıb.
Düşənbə liftində Əliyevlə Paşinyan arasında sözdə lift diplomatiyasının başlanğıcına çevrilən söhbətin şahidi məhz Ayrapetov olub.
“Arsax Təhlükəsizlik Şurasının rəhbəri” bu danışıqların təfərrüatlarını açıqladıqdan sonra Ayrapetov tutduğu vəzifədən azad edilib.
Xuraman Etibarlı,
KONKRET.az
