NİKOLAY yoxsa NİKOL? – Diktatorların qorxusu -Aşxen Virabyandan İLGİNC YAZIbackend

NİKOLAY yoxsa NİKOL? - Diktatorların qorxusu -Aşxen Virabyandan İLGİNC YAZI

“Paşinyan seçkilərdən sonra xalqın hakimiyyəti dəstəklədiyi barədə yüksək səslə bəyanatlar versə də, müharibədən bir il sonra Paşinyan qorxularına qalib gəlmədi. Dünən, 44 günlük müharibənin birinci ildönümü münasibətilə Baş nazir planlaşdırılan qaydalara əsasən, öz borcunu yerinə yetirmək üçün səhər 09:00-da bir qrup məmurla birlikdə Yerabluru ziyarət etməli idi, ancaq o, erkən səhər saat səhər 7.30 -da Yerablura getdi”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ictimai fəal Aşxen Virabyan vurğulayıb.

O daha sonra yazıb: “Hökumət mənbələrinə görə, Paşinyan bu gün qurbanların valideynləri və yaxınlarının Yerabluru ziyarət edəcəyini anlayaraq xoşagəlməz hadisələrdən qaçmaq qərarına gəlib. Təyin olunmuş vaxtda Baş nazirin müavini Suren Papikyan və bir qədər sonra müdafiə naziri Arşak Karapetyan və digər rəsmilər ayrı-ayrılıqda Yerabluru ziyarət etdilər.

Son bir il ərzində Paşinyanın qorxularının Rumıniya Prezidenti Nikolay Çauşeskunun qorxularına bənzədiyini gördünüzmü? Rumıniya diktatoru cəmiyyətdə mütləq güc illüziyasını da yaratdı, amma əslində cəmiyyətlə təmasdan qaçdı.

Hakimiyyətinin ilk illərində Çauşesku da Paşinyan kimi rəqiblərindən qorxurdu. Daha sonra Rumıniya diktatorunun qorxuları o həddə çatdı ki, 17 dekabr 1989-cu ildə Çauşesku təhlükəsizlik qüvvələrinə Timişoarada hökumət əleyhinə nümayişçilərə atəş açmağı əmr etdi. Çauşesku bu addımı ilə nəhayət özünü məhv etdi.

Rejimlə mübarizə geniş vüsət aldı və paytaxt Buxarestə çatdı. Təkcə Buxarestdə 89 nəfər öldürüldü, Rumıniyada ölənlərin sayı 1000-i keçdi. Ertəsi gün Rumıniya ordusu xalq hərəkatının tərəfinə keçdi.

Çauşesku və həyat yoldaşı Elena Petresku vertolyotla paytaxtı tərk etmək istəsələr də, yolda cütlük hərbçilər tərəfindən əsir götürüldü. 25 dekabrda xüsusi bir hərbi tribunal tələsik bir məhkəmə keçirdi, Çauşesku öz xalqını soyqırım etməkdə, xalqa və dövlətə silahlı hücum etməkdə, milli təsisatları dağıtmaqda və ölkə iqtisadiyyatını zəiflətməkdə (sabotaj etməkdə) günahlandırıldı.

Çauşesku nəinki ona qarşı irəli sürülən ittihamları qəbul etmədi, həm də məhkəmənin qanuniliyini tanımadı. Cəmi bir saat davam edən məhkəmədən sonra Çauşesku və həyat yoldaşı edama məhkum edildi. Eyni gün, Nikolay və Elena Çauşesku bir neçə yüksək rütbəli hərbçi və yüzlərlə könüllü tərəfindən güllələndi.

Ümumiyyətlə, tarix göstərdi ki, diktatorların qorxuları sonda reallığa çevrilir. Diktatorumuzun türkpərəst başında hansı qorxuların yaşadığı bilinmir, amma deyə bilərik ki, o da rumıniyalı “həmkarı” kimi artıq onun üçün ölümcül ola biləcək reallıq hissini itirir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*