“Nikol Paşinyan hər şeydən əvvəl hakimiyyətdə qalmaq məqsədini güdür. Əgər əvvəllər Azərbaycanla qarşıdurmaya təhrik etmək və müharibə yaratmaq onun üçün faydalı görünürdüsə, bu gün Ermənistanı hərbi yoldan dinc bir yola köçürmək proqramını öz mövqeyini qorumağın ən yaxşı yolu hesab edir. Erməni cəmiyyətindəki qəzəb mərhələsi sona çatdı. Artıq erməni ekstremizminin tərəfdarları Robert Koçaryan və Serj Sarkisyan tərəfindən irəli sürülən mənasız millətçi və münaqişə fikirlərindən insanları imtina etməyə dəvət etməyin vaxtı gəldi. Paşinyan Ermənistan vətəndaşları arasında baş verən bütün pis şeylərin sələfləri tərəfindən bomba kimi ortaya atıldığını dərk edir, başa düşür”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Vestnik Kavkaza”-nın baş analitiki Andrey Petrov deyib.
Petrov deyir ki, “Baş nazirin Ermənistan ordusunun məğlubiyyətindən və ölkəsinin Qarabağ müharibəsində təcavüzkar kimi təslim olmasından sonra yaşadıqları, ancaq ən ümidsiz, revanşizm və gerçəkliklərin inkarına kökləndikləri seçicilərin bütün hisslərini oynamağa çalışır. Paşinyan indi vətəndaşlara onunla şəxsən döyüşən siyasətçilərin hər kəsi aldatdıqlarını göstərir. Bunun üçün tandart millətçi təbliğata faktlarla qarşı çıxmağa başlayıb. Cəmiyyətin bir hissəsi, əlbəttə ki, məlum həqiqətləri dilə gətirdiyi üçün ona inanmağa davam edəcək”.
KONKRET.az
