Nisə Qasımova onlara görə efirlərə çıxmırbackend

Nisə Qasımova onlara görə efirlərə çıxmır

“Nələrəsə görə efirlərdən qaçdığım zamanlar olub. Bunun səbəbi aparıcıların müəyyən verdikləri sözə əməl etməmələri olub. Təbii ki, efirə çıxırdım. Amma gedəndə o verilişlərdən məyus gedirdim. Mən heç bir şey istəmirdim. Sadəcə məni tanıyan insan kimi yanaşmalarını onlardan umurdum. Çünki mən Nisə Qasımova 2, 3, 5 və ya 20 ilin müğənnisi deyiləm. Mən 52 ildir ki, oxuyuram. Mən aparıclar, jurnalistlər, televiziya adamları və media mənsublarından çox şey gözləyirdim”. 

KONKRET.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətkar verilişlərə çıxmamasının səbəblərindən söz açıb:

“Mən çox qorxaq və yaltaq aparıcılara rast gəldim. Bu gün elə bir yaşımın çağındayam ki, düşünmədən danışmıram. Əgər danışıramsa da demək ki, sözümün sahibiyəm, arxasında dayanıram. Mən onlardan qaçdım.Yekəxana kimi çıxmasın, efirlərə məni çağırırlar amma mən getmirəm, çünki buna lüzum görmürəm. Bunlar hamısı yığıldı, yığıldı… Və bu… “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*