Niyazi Mehdinin SON DURUMUbackend

Niyazi Mehdinin SON DURUMU

Mərkəzi Gömrük Hospitalında müalicə olunan tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, N.Mehdi ötən gün evə köçürülüb. Hazırda onun durumu ağır olaraq qalır. Alimin ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.

“Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb”,- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*