Nobel Sülh Mükafatı laureatı əfv edildibackend

Nobel Sülh Mükafatı laureatı əfv edildi

Korrupsiyada ittiham olunan Myanmanın keçmiş lideri Aunq San Suu Kyi əfv edilib.

KONKRET.az xəbər verir ki, müvafiq fərman Myanma Radio və Televiziyasının saytında dərc olunub.

Aunq San Suu Kyi 2016-2021-ci illərdə Myanma hökumətinin faktiki rəhbəri olub. Hakimiyyətə gəlməzdən əvvəl o, diktaturaya qarşı mübarizəyə görə Nobel Sülh Mükafatını qazanıb.

2021-ci ilin fevralında ölkədə baş vermiş hərbi çevrilişdən sonra yeni hakimiyyət onu 19 cinayətdə ittiham edib. Onun həbs müddəti dəfələrlə artırılıb və ümumilikdə 33 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*