Növbəti vəd yerinə yetirilməyəcək – Qazın qiymətləri qalxacaqbackend

Növbəti vəd yerinə yetirilməyəcək – Qazın qiymətləri qalxacaq

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, ilin sonunadək Nikol Paşinyan və müxtəlif hökumət rəsmiləri mətbuatda qazın bahalaşacağı ilə bağlı yayılan xəbərləri təkzib etsə də, “Qazprom Ermənistan” qaz tarifinə yenidən baxılmasını müzakirə edir. “Qazprom Ermənistan” QSC əlavə tələblə Dövlət Qiymətləri Tənzimləmə Komissiyasına müraciət edəcək. İlkin hesablamalara görə, qaz bir kubmetr üçün 11 dram artacaq.

Xatırladaq ki, hakimiyyət dəyişikliyindən bir neçə ay əvvəl Nikol Paşinyan qiymət artımına etiraz edərkən, qaz və elektrik enerjisinin qiymətlərinin azaldılacağını açıqlamışdı. O bildirmişdi ki, elektrik enerjisi tarifləri ən az 20 faiz azaldılmalıdır. Paşinyan hakimiyyətin insanları qarət etdiyi üçün qazın və elektrik enerjisinin baha olduğunu bildirmişdi.

İndi Paşinyan hakimiyyətdədir və vədini yerinə yetirə bilmir. Xatırladaq ki, ötən il qazın qiyməti 1000 kubmetr üçün 15 dollar artmışdı, lakin istehlakçıların ödədiyi tarifə toxunulmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*