Tacikistandan olan gənc qız Fatima Novosibirskdə evlərin birində cinçıxarma dini mərasiminə qatılıb (ekzorçizm) və bununla da sosial şəbəkələrdə əsas mövzuya çevrilib. Proses həmyerlisi Dilşodbek Maxsudov tərəfindən lentə alınıb və internetə yerləşdirilib. Əvvəlcə kişi qızın yanında oturub və əllərini tutaraq dualar oxumağa başlayıb. Fatimə proses boyu başqa səslərlə xırıldayıb, sonra cinlə danışmağa başlayıb.

“Mən burada yaşamaq istəyirəm, Mən burada yaşamaq istəyirəm. O, çox qorxur. Namaz oxuyanda gələcəm. Mən yatanda gələcəm. Fatimə deyir: “Ona görə gecələr rahat yatmıram, çox əzab çəkirəm”.
“Şeytan” əvvəlcə qırıq rus dilində söhbət aparır, sonra tacik dilinə keçir. “Ruh” deyir ki, bu, qızın belində ağrılar olur, buna görə bütün bədəni ağrıyır.
Dilşodbek “şeytanı” təhdid edir, duaları oxuyur və Fatimənin bədənindən çıxarır. Nəticədə qız qaytarır.
