Novosibirskdəki rusların Azərbaycana marağı artır – FOTOLARbackend

Novosibirskdəki rusların Azərbaycana marağı artır - FOTOLAR

Rusiyanın Novosibirsk şəhərində Azərbaycan diasporunun da iştirak etdiyi təntənəli tədbir keçirilib. Şəhərin Dəmiryolçular Mədəniyyət Sarayında Rusiya xalqlarının birliyinə həsr olunmuş dövlət əhəmiyyətli mərasimdə Rusiya Federasiyasının Sibir Federal Dairəsinin səlahiyyətli numayəndəsinin muavini A.S.Smenov, Novosibrsk vilayətinin qubernatoru A.A Travnikov, şəhərin meri A.E Lokot, Novosibirsk və Berdskomin Mitropoliti Nikodim, elecə də vilayətin və şəhərin  Dostluq Assosiasiyasının sədri, şəhər diasporunun rəhbəri, merin müşaviri Rasim Babayev iştirak edib.

Sarayda toplanan iştrakçılar qarşısında təbrik nitqləri söylənilib və bir sıra çıxışlar olub.

Tədbirin ən yadda qalan hissəsi isə Azərbaycan haqqında foto-sərginin nümayişi olub. Tədbir iştirakçıları Azərbaycanın turiz yerləri, mətbəxi və digər nailiyyətləri ilə yaxından tanış olublar.

Proqram çərçivəsində şəhərin idman nailiyyətlərinə aid guşənin açılışı və konsert keçirilib.

Sənan

 

Bir cavab yazın