Nüvə planı İŞƏ DÜŞDÜ: Trampın İranı “xəritədən siləcəyik” açıqlamasının PƏRDƏARXASIbackend

Nüvə planı İŞƏ DÜŞDÜ: Trampın İranı “xəritədən siləcəyik” açıqlamasının PƏRDƏARXASI

ABŞ-la İran arasında artan gərginlik və Prezident Donald Trampın sərt bəyanatları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə, Trampın İranla bağlı səsləndirdiyi təhdid xarakterli açıqlamalar dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. Bəs İranın “xəritədən silinməsi” kimi radikal ssenari nə dərəcədə real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Tramp ziddiyyətli və bir-birini təkzib edən bəyanatları ilə tanınır:

İranın etirazları əsassızdır”- Elçin Xalidbəyli - Editor.az

“ABŞ Prezidenti Donald Trampın açıqlamaları ardıcıllıq təşkil etmir. Yəni əvvəl verdiyi bəyanatı sonrakı çıxışı ilə təkzib edir. İndiyə qədər dəfələrlə aqressiv məzmunlu bəyanatlar verib, amma onların heç biri reallaşmayıb.

ABŞ-nin bölgəyə nüvə daşıya bilən sualtı qayığı göndərməsi də siyasi və hərbi mesaj xarakteri daşıyır.

Bu addım İrana qarşı hərbi-siyasi təzyiqlərin artırılması məqsədi güdə bilər. Paralel olaraq Trampın təhdid dolu açıqlamalar verməsi də rəsmi Tehranı ABŞ-ın şərtlərini qəbul etməyə məcbur qoymaq niyyətindən qaynaqlanır”.

Politoloq hesab edir ki, İranın “xəritədən silinməsi” kimi bir ssenarinin reallaşması həm texniki, həm də siyasi baxımdan olduqca təhlükəli və qəbuledilməzdir:

“İranın xəritədən silinməsi o qədər də asan məsələ deyil. Bu, həm yolverilməz, həm də ağlasığmaz addım olardı. Mövcud savaş metodları ilə bu, demək olar ki, mümkün deyil. Əgər belə plan mövcuddursa, bu halda ən azından taktiki nüvə silahından istifadə ehtimalı gündəmə gələcək. Bu isə təkcə İran üçün deyil, region ölkələrinə də ağır nəticələr doğura bilər”.

Ekspertin fikrincə, ABŞ siyasi sistemində də Trampın sərt hərbi qərarlarına qarşı ciddi müqavimət mövcuddur:

“ABŞ Senatında keçirilən son səsvermədə Trampın Yaxın Şərqdə hərbi qərarlar qəbul etmək səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs 50 nəfərin dəstəyi, 49 nəfərin isə etirazı ilə müşayiət olunub. Göründüyü kimi, Trampa qarşı ciddi müqavimət var. Növbəti səsvermələrdə onun hərbi səlahiyyətlərinin məhdudlaşdırılması tam reallaşa bilər”.

Elçin Xalidbəyli vurğulayıb ki, həm ABŞ daxilindəki siyasi balans, həm də mümkün qlobal nəticələr Tramp administrasiyasının İranla bağlı ən radikal addımları atmasına imkan verməyəcək. Trampın İranı xəritədən silmək kimi addım atmasına imkan veriləcəyi real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*