“O, dövlət naminə getməlidir, o, artıq dözmür”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Paşinyanla bağlı gizli səs yazısı yayılıb və bu fikirlər həmin səs yazısında səsləndirilib.
Eçmiədzin meri Diana Qasparyan Paşinyanın təşviqat qərargahının rəhbəri Suren Papikyanla telefon danışığında Paşinyanın getməli olduğunu, yerinə komandadan ayrı namizədin yaxud Papikyanın özünün gəlməsini israr edib.
“Bu, belə davam edə bilməz. Onsuz da özünü güclə saxlayır, psixikası dözmür, əsəbləri tarıma çəkilib. Qoy getsin, bir az sakitləşsin”, deyə Qasparyan bildirib.
Papikyan Diana Qasparyanı sakitləşdirməyə və səhərədək gözləməyi, yəni istefa verməməyi xahiş edib. Səhər Paşinyan “özünə gələndə” (içkili olması nəzərdə tutulur- red.) onunla danışacağına söz verib.
Eçmiədzində mitinqdən sonra Paşinyan sərxoş vəziyyətdə Qasparyana zəng vuraraq, mitinqdə az adam olduğu üçün onu təhqir edib, seçkilərdən sonra ilk qayda-qanunu Eçmiədzindən başlayacağı ilə hədələyib. Bundan sonra Qasparyan istefa vermək qərarına gəlib və Papikyanla zəng vurub.
Həmin səs yazısını təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az
