“O nəqliyyat vasitəsi bizə məxsus deyil, deyilən məkanda da olmamışıq” – BQXKbackend

"O nəqliyyat vasitəsi bizə məxsus deyil, deyilən məkanda da olmamışıq" - BQXK

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məlumat yayıb.

KONKRET.az xəbər verir ki, açıqlamada deyilir:

Bəzi mətbuat nümayəndələri yoxlanılmamış mənbəyə istinad edərək, hərbi müxbir Semyon Peqovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınında hərəkət etməsini və o maşında cəbhə zonasına daxil olmasını iddia ediblər.

Biz BQXK olaraq tam məsuliyyətlə bildiririk ki,

1. Şəkil və videolarda görünən nəqliyyat vasitəsi bizə məxsus deyil və bu regionda bizim quruma məxsus elə bir maşın yoxdur;

2. O məqamda, deyilən məkanda bizim heç bir əməkdaşımız və ya nəqliyyat vasitəmiz olmayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi barədə verilən və ya onun adı çəkilən məlumatları bizimlə dəqiqləşdirməyinizi xahiş edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*