İtaliyanın paytaxtı Romada bir nəfər yol çökən zaman tuneldə köməksiz vəziyyətdə qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları çağırılıb.
8 saat davam edən çətin əməliyyatdan sonra xilas edilən şəxs yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yerli mətbuatın məlumatına görə, əvvəlcə yol işçisi olduğu bildirilən şəxsin soyğun üçün yolun altında tunel qazan dəstənin üzvü olduğu düşünülür.
Ehtimal edilir ki, dəstə həftəsonu bank oğurluğu planlaşdırıb.
İqbal Rzayev,
KONKRET.az
