Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar varbackend

Oğuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Oğuz şəhər sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Mustafa oğlunun idarə etdiyi Opel “Astra” markalı avtomobillə, 1972-ci il təvəllüdlü Məmmədov Bəhram Cəfər oğlunun idarə etdiyi “VAZ” 2107 markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan 48 yaşlı Bəhram Cəfərovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*