Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski komadan çıxıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Jirinovskiyə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, Vladimir Jirinovski komadan ayılıb və artıq huşu özündədir.
“O, artıq köməkçilərindən sənədlər alır”, – mənbə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Vladimir Jirinovski COVID-19-a yoluxub, ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb və xəstəxanaya yerləşdirilib.
