Ölkədən çıxışınıza “stop” qoyulub-qoyulmadığını necə öyrənə bilərsiniz? – MƏNBƏLƏRbackend

Ölkədən çıxışınıza “stop” qoyulub-qoyulmadığını necə öyrənə bilərsiniz? - MƏNBƏLƏR

Ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatları hansı mənbələrdən dəqiqləşdirmək olar?

KONKRET.az-ın xəbərinə görə, vəkil Amid Əsgərov bildirir ki, ölkədən getmə hüququnun məhdudlaşırılması bir qurum deyil, bir neçə qurum tərəfindən həyata keçirilə bilər.

“Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumları belə səlahiyyətlərə malikdir. Əksər hallarda vətəndaşlar ölkəmizi tərk etməmişdən əvvəl yalnız bir qurum üzrə axtarış aparırlar və məlum olur ki, ölkədən çıxmalarına “stop” qoyulmayıb, sərbəst şəkildə ölkəni tərk etmək istəyərkən isə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılır. Bu, ona görə baş verir ki, vətəndaş bir qurum üzrə axtarış aparır. Belə xoşagəlməz halla qarşılaşmamaq üçün təqdim edilən xidmətlər üzrə digər qurumlarla da dəqiqləşdirmə aparılmalıdır. Hansı sayt vasitəsilə, hansı qurumlar üzrə axtarış aparmaq olar? Bu barədə aşağıdakı linklərdən məlumat əldə etmək olar:

1.https://eservice.migration.gov.az/public/check-restriction

2.https://mia.gov.az/?limited/az/menu/30160

3. @Vəkil Amid Əsgərov:https://www.taxes.gov.az/az/page/olkeden-getmek-huququnun-muveqqeti-mehdudlasdirilmasi

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*