On mindən artıq hərbi qulluqçu övladı bayram şənliklərində iştirak etdibackend

On mindən artıq hərbi qulluqçu övladı bayram şənliklərində iştirak etdi

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on mindən artıq övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*