On minlərlə insan küçələrə axışdı, polis gözyaşardıcı qazdan istifadə etdi – Bu ölkədə backend

On minlərlə insan küçələrə axışdı, polis gözyaşardıcı qazdan istifadə etdi - Bu ölkədə 

Serbiyanın paytaxtı Belqradda prezident Aleksandr Vuçiç hakimiyyətinə qarşı on minlərlə insanın iştirakı ilə növbəti irimiqyaslı etiraz aksiyası keçirilib. Ölkədə fəaliyyət göstərən tələbə hərəkatının rəhbərliyi ilə təşkil olunan nümayişlər gərgin qarşıdurmalarla müşayiət olunub.

KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, aksiyalar “Tələbələr qalib gəlir” (“Students win”) şüarı altında baş tutub. Paytaxtın mərkəzi Slavija meydanına toplaşan nümayişçilər mövcud iqtidarı korrupsiyada, qanunun aliliyini pozmaqda ittiham edərək köklü sistem dəyişiklikləri və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Aksiyanın son saatlarında vəziyyət kəskinləşib və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında ciddi qarşıdurmalar qeydə alınıb. Şəhər meriyası və prezident iqamətgahı yaxınlığında radikal qruplar polis kordonlarına daş, şüşə və pirotexniki vasitələr atıb, küçələrdəki zibil qutularını yandırıblar. Cavab olaraq xüsusi təyinatlı polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz (bibər qazı) və səs qumbaralarından istifadə edib. Serbiyanın Daxili İşlər naziri İvitsa Daçiç toqquşmalar zamanı 23 nəfərin saxlanıldığını, bir neçə polis əməkdaşının isə xəsarət aldığını açıqlayıb.

Qeyd edək ki, bu kütləvi hərəkat 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının beton talvarının uçması və 16 nəfərin ölümü ilə nəticələnən faciədən sonra başlayıb. Prezident Vuçiç etirazları yatırmaq məqsədilə bu ilin payızında (sentyabr-noyabr ayları arasında) növbədənkənar seçkilərin keçirilə biləcəyini bəyan etsə də, müxalif qüvvələr və tələbə qrupları aksiyaların miqyasını daha da genişləndirməkdə qərarlıdırlar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*