Aslan İsmayılov: “Onlarla birgə yaşamaq bizə görə deyil”backend

Aslan İsmayılov: "Onlarla birgə yaşamaq bizə görə deyil"

“Erməni xalqına müraciətimlə bağlı imkan daxilində şərhlərlə tanış oldum. Hər birinə cavab yazmamaq üçün ümumi fikirlərimi bildirirəm. Müraciəti yayanda o qədər də sadəlövh deyildim ki, ermənilərin dərhal ağ bayraq qaldırıb dediklərimi qəbul edəcəklərinə inanaydım. Məqsədimlərimdən biri və əsası erməni xalqının mövqeyini bir daha bilmək idi. 30 il həyatının önəmli hissəsini erməniliyin nə olduğunu öyrənməyə həsr etmiş bir insan kimi təxmin etdiyim cavabları aldım”.

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, indi növbə hakimiyyət strukturlarınındır: “Hesab edirəm ki, hakimiyyət rəsmiləri həmin rəyləri diqqətlə öyrənməli və dünya ictimaiyyətinə, xüsusən bizdən ermənilər üçün güzəşt tələb edənlərə çatdırmalıdırlar. Hamı görməlidir ki, erməni xalqının problemi hansısa haqların, hüquqların pozulması deyil, dava torpaq davasıdır. Özü də həmin torpaqlarda ömür boyu yaşamış insanları oradan qovmaqla almaq istəyirlər. Xislətlərində bir faşizm ideologiyası dayanır və onlarla birgə yaşamaq bizə görə deyil, onların öz istək və arzularına görə alınmır və mümkün olmayacaq.

İkinci məqsədim bir daha erməni xalqının içində hələ “böyük ermənistan” xəstəliyinə tam tutulmamışlara torpaq iddialarına görə nələri itirdiklərini göstərmək idi. Hesab edirəm ki, bu məqsədimə də çatdım. İçlərində nə qədər nifrət olsa da, çoxlu sayda erməni Bakıda çox yaxşı yaşadıqlarını, böyük imkanları olduqlarını, bu münaqişədən ancaq ziyan çəkdiklərini etiraf etdilər.

Əminəm ki, əgər ermənilər bu cür öz xəstə ideologiyalarını davam etsələr, tezliklə onların Rusiyadan, Ukraynadan, Orta Asiya və digər ölkələrdən sıxışdırılması prosesi başlayacaq. Erməni xalqının yeganə çıxışı “böyük ermənistan” adlı xəstəliklərindən azad olmaqdır. Bu da tezliklə və asanlıqla alınmayacaq. Buna görə hakimiyyətə elə qüvvə gəlməlidir ki, bunu anlaya və uzun illər ermənilərə indiyə qədər aşılanan “böyük ermənistan” xəstəliyinin çox ziyanlı olduğunu, xalq və dövlət kimi mövcudluğunu saxlamaq üçün səhvlərini etiraf etməklə bu ideyadan imtina etməli olduqlarını anlada və qəbul etdirə.

Biz isə bir Xalq olaraq birliyimizi saxlamalı, olub keçənləri unutmamalı və nəticə çıxartmalıyıq. Bilməliyik ki, bizim birliyimiz, gücümüz sarsılsa, bundan dərhal istifadə edənlər tapılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*