Oqtay Gülalıyevin səhhətində daha bir irəliləyişbackend

Oqtay Gülalıyevin səhhətində daha bir irəliləyiş

Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

Hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.

KONKRET.az bildirir ki, Unikal.org-un məlumatına görə, O.Gülalıyev yaxınları ilə “Whatsapp” vasitəsilə əlaqə qurmağa başlayıb.

Bildirilir ki, o, “Whatsapp” görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir. O, hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*