“Orada Rusiya yoxdursa, sülh nəyimizə lazımdır?” – Kiselyov ABŞ və NATO ölkələrini  HƏDƏLƏDİ – VİDEO – ÖZƏLbackend

“Orada Rusiya yoxdursa, sülh nəyimizə lazımdır?" - Kiselyov ABŞ və NATO ölkələrini HƏDƏLƏDİ - VİDEO - ÖZƏL

Rusiyalı jurnalist və aparıcı Dmitri Kiselyov ABŞ və bütün NATO ölkələrini nüvə səhrasına çevirməklə hədələyib.

KONKRET.az xəbər verir ki, “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiseyov bugünkü müəllif proqramında Vladimir Putinin söylədiyi fikirlərdən sitat gətirib: “Əgər orada Rusiya yoxdursa, bizə sülh nəyə lazımdır?

“Əgər orada Rusiya yoxdursa, belə bir dünya bizə nəyə lazımdır?”, – deyə Putin nüvə zərbəsindən sonra qlobal fəlakət haqqında danışıb.

Putinin sözlərinə görə, Rusiya nüvə silahından o halda istifadə edə bilər ki, raket hücumu xəbərdarlığı sistemi düşmən raketlərinin buraxılmasını aşkar etsin, onların trayektoriyasını və döyüş başlıqlarının Rusiya ərazisinə düşmə vaxtını hesablasın.

“Bu, cavab zərbəsi adlanır. Əgər bu, Rusiyanı məhv etmək qərarıdırsa, o zaman cavab vermək üçün qanuni hüququmuz var”,- deyə o bildirib.

“Bəli, bəşəriyyət üçün qlobal fəlakət, dünya üçün qlobal fəlakət olacaq. Amma mən Rusiya vətəndaşı və Rusiya dövlətinin başçısı kimi sual vermək istəyirəm: əgər orada Rusiya yoxdursa, belə bir dünya nəyimizə lazımdır?”, – deyə Putin bildirib.

Prezident Rusiyanın nüvə silahından istifadə ilə bağlı planlarının nəzəri olduğunu qeyd edərək, heç vaxt nüvə zərbəsinin olmayacağına ümid etdiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*