Ordumuzun ermənilərə qarşı işlətdiyi UNİKAL TAKTİKA – VİDEObackend

Ordumuzun ermənilərə qarşı işlətdiyi UNİKAL TAKTİKA - VİDEO

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan pilotsuz An-2 təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub.

Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*