Orta Asiyanı silkələyən ÇAKRABARTİ – Azərbaycan da onu yaxşı tanıyırbackend

Orta Asiyanı silkələyən ÇAKRABARTİ - Azərbaycan da onu yaxşı tanıyır

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevin ölkənin davamlı inkişafının strateji planlaşdırılması üçün yaradılmış İslahatlar üzrə Ali Şuranın növbəti iclasını ləğv etmək və qeyri-müəyyən müddətə təxirə salmaq barədə qərarı ölkədə böyük ajiotaja səbəb olub.

KONKRET.az xəbər verir ki, Paytaxt Astananın hökumət dəhlizlərində bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan iclasın təxirə salınması ilə bağlı ciddi müzakirələr gedir.

Ajiotajın əsas səbəbi kimi Şura sədrinin müavini – Avropa Bankının keçmiş prezidentinin Ali Şuranın iclasında baxılmaq üçün təqdim etdiyi materiallarda kifayət qədər məzmun və konkret təkliflərin olmadığı göstərilir. Qeyd edək ki, İslahatlar üzrə Ali Şuranın sədr müavini Yenidənqurma və İnkişaf Bankından (AYİB) olan Suma Çakrabartidir.

Hakimiyyət kluarlarında bildirilir ki, Tokayev şəxsən Çakrabartiyə ona həvalə olunmuş missiyanı lazımi səviyyədə yerinə yetirmədiyini, onun qarşısında duran vəzifələri və Qazaxıstandakı vəziyyətin spesifikliyini kifayət qədər dərk etmədiyini bildirib.Böyük ehtimallara görə, Böyük Britaniyadan olan yüksək çinli ekspertlə Qazaxıstan arasında işbirliyi ləğv edilə bilər.

Bu cür iddialar prezidentdən ilk dəfə eşidilir, lakin bu, ilk dəfə deyil ki, Çakrabartinin fəaliyyəti hökumət üzvlərinin, Prezident Administrasiyasının əməkdaşlarının və bir sıra digər şəxslərin narazılığına, anlaşılmazlığına və çaşqınlığına səbəb olur.

Dövlət qulluqçuları hətta dəfələrlə prezidentə şikayət ediblər ki, Böyük Britaniyadan gələn Çakrabarti və onun köməkçiləri dövlət aparatının fəaliyyəti ilə bağlı məxfi məlumatlar əldə etmək üçün dəridən-qabıqdan çıxmaqla məmurlarla saysız-hesabsız görüşlər keçirib və şübhəli sualları ilə incidiblər. Eyni zamanda, Böyük Britaniya nümayəndəsi Rusiyanın maraqlarına zidd olaraq Qazaxıstanda Qərbin iqtisadi və siyasi maraqlarını lobbiçilik etməkdə təqsirli bilinir, bu da onun qarşısına qoyulan vəzifələrə cavab vermir.

Ümumiyyətlə, paytaxtın hökumət dəhlizlərində belə bir fikir var ki, Çakrabarti və onun adamlarının Qazaxıstandakı islahatlarla bağlı məsləhətləri bayağılığı və qeyri-peşəkarlığı ilə seçilir.

Qeyd edək ki, Çakrabarti bu işə görə ildə 500 min dollar qonorar alır.

Yeri gəlmişkən, Çakrabarti eyni vaxtda ən azı iki prezidentlə çalışıb. O, təkcə Tokayevin müstəqil iqtisadi inkişaf müşaviri kimi deyil, həm də Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iqtisadi inkişaf,  idarəetmə və beynəlxalq əməkdaşlıq üzrə müşaviri kimi fəaliyyət göstərib. Maraqlıdır ki, o, Qazaxıstanda Özbəkistan prezidentini kifayət qədər tənqid edir və Mirziyoyevi “real islahatlardan uzaq mikromenecer” adlandırır.

Belə güman etmək lazımdır ki, o, Özbəkistanda da belə davranır, burada da Tokayevlə bağlı tənqidi sözləri əsirgəmir. Bu cür taktikalar, görünür, ona iki prezident arasında manevr etməyə imkan verir.

Qazaxıstanda belə hesab edirlər ki, məhz Çakrabartinin “səyləri” Qaraqalpaqıstan muxtariyyətində icazəsiz kütləvi etirazlara səbəb olub. Beləliklə, Çakrabartinin “dərin islahat”ı nəticəsində aksiyalar qəddarlıqla yatırılıb.

O həmin islahatlardır ki, məhz britaniyalı ekspertin Mirziyoyevə təklif etdiyi konstitusiya islahatının tərkib hissəsi sayılırdı.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*