Orxan Fikrətoğlu öz təyinatından DANIŞDI: “İcazə verin, bütün sahələri salavatlayaq”backend

Orxan Fikrətoğlu öz təyinatından DANIŞDI: “İcazə verin, bütün sahələri salavatlayaq”

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə əlbəttə ki, buna ehtiyac var. Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə qınaq obyektinə çevrilən tanınmış jurnalist Orxan Fikrətoğlu yazıb.

Özünün facebook statusunda daha sonra fikirlərini belə əsaslandırıb:

“Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdəm kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağız dolusu danışması əslində gözlənilən idi. Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək.

Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib.
Mən Dövlət Turizm Agentliyinə bu streotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

“Beşinci kolon”a xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə Facebookda dövlətini və məni sevənlər cavab verir.

Sakit olun. Mən yemək bişirməyəcəm.

Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın.
İcazə verin bütün sahələri salavatlayaq”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*