Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Dövlət Turizm Agentliyi faktı APA-ya təsdiq edib. Agentlikdən bildirilib ki, ötən aydan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.