Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıbbackend

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə 4 nəfər müxtəlif heyvanların sancması səbəbilə müraciət edib.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbilə müraciət edib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*