Ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDIbackend

Ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*